Partner background

Əməkdaşlıq

[object Object]

Mobiliz – İzləmə Sistemi

Axiom Solutions şirkətlərə qiymətli yüklərini, ərazidə olan avtomobillərini, işçilərini hər zaman izləmələrinə imkan verən və bunun sayəsində əməliyyatların effektiv şəkildə idarə olunmasına dəstək olan bir şirkətdir. Şirkət 2012-ci il ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz ilə əməkdaşlıq yaradaraq, Azərbaycandakı şirkətlərə nəqliyyat izləmə və avto nəqliyyatın idarə olunması xidmətlərini təqdim edir. Türkcellin golden partnyoru olan Mobiliz özünün ən qabaqcıl mobil izləmə və Avto nəqliyyat idarə etmə sistemi vasitəsilə beynəlxalq bazarın ən əhəmiyyətli firmalarından birinə çevrilmişdir. Mobiliz Türkiyənin aparıcı avtomobil izləmə və telematik donanma idarə xidməti təminatçısıdır. O, enerji, tikinti, logistika, nəqliyyat, sığorta, FMCG və bir çox digər sahələrə qabaqcıl telematik həllərin təmin edilməsində 15 ildən çox əhəmiyyətli təcrübəyə malikdir. Güclü əməkdaşlıqları və həll tərəfdaşları ilə birlikdə müştərilərinə müxtəlif şaquli həllər, məlumatların təhlili və IoT tətbiqləri təklif edir. Mobiliz güclü biznes tərəfdaşları ilə birlikdə 81 vilayətdə satış və satış sonrası xidmətlərlə yanaşı xaricdə də böyük layihələr həyata keçirir və Azərbaycan, Almaniya, Avstriya kimi ölkələrdəki tərəfdaşları ilə beynəlxalq bazarlarda böyüməyə davam edir. Biz Axiom şirkəti olaraqdan Mobiliz şirkətinin ölkəmizdə olan tək rəsmi distributeriyik. Mobiliz 2021-ci ildə Cənub-Şərqi Avropanın ən böyük donanma idarə xidməti təminatçısı olan Fleet Services Şirkətlər Qrupunun bir hissəsi oldu. Fleet Services və Mobiliz məlumat analitikası xidmətlərinin və IoT tətbiqlərinin gələcək inkişafı vizyonuna uyğun olaraq IoT platformasını həyata keçirib.

whatsApp