About background

Haqqımızda

Axiom Solutions şirkətlərə qiymətli yüklərini, ərazidə olan avtomobillərini, işçilərini hər zaman izləmələrinə imkan verən vəbunun sayəsində əməliyyatların effektiv şəkildə idarə olunmasına dəstək olan bir şirkətdir.

Azərbaycanın yerli şirkəti olan Axiom MMC avtomobil izləmə və avto parkın idarə olunması sahəsində ixtisaslaşmışdır. 2012-ci ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz ilə əməkdaşlıq yaradaraq, avto parka sahib olan şirkətlərə təhlükəsizliyin, məhsuldarlığın və qənaətliliyin artırılması üçün həllər təqdim edir. Məqsədimiz: Avtoparka sahib olan şirkətlərin həmin avtoparkları daha təhlükəsiz, məhsuldar, və qənaətli idarə edə bilməsi üçün lazım olan həllərə əl çatanlığını asanlaşdırmaqdır. Loyallıq, dürüstlük, peşəkarlıq və çalışqanlıq prinsiplərinə dayanaraq partnyorlarımız və sifarişçilərimizlə mütəmadi olaraq əməkdaşlıq etməklə öz məqsədimizə nail olmağa çalışırıq. Mobiliz Türkiyənin aparıcı avtomobil izləmə və telematik donanma idarə xidməti təminatçısıdır. O, enerji, tikinti, logistika, nəqliyyat, sığorta, FMCG və bir çox digər sahələrə qabaqcıl telematik həllərin təmin edilməsində 15 ildən çox əhəmiyyətli təcrübəyə malikdir. Güclü əməkdaşlıqları və həll tərəfdaşları ilə birlikdə müştərilərinə müxtəlif şaquli həllər, məlumatların təhlili və IoT tətbiqləri təklif edir.

Mobiliz güclü biznes tərəfdaşları ilə birlikdə 81 vilayətdə satış və satış sonrası xidmətlərlə yanaşı xaricdə də böyük layihələr həyata keçirir və Azərbaycan, Almaniya, Avstriya kimi ölkələrdəki tərəfdaşları ilə beynəlxalq bazarlarda böyüməyə davam edir. Biz Axiom şirkəti olaraqdan Mobiliz şirkətinin ölkəmizdə olan tək rəsmi distributeriyik.

Mobiliz 2021-ci ildə Cənub-Şərqi Avropanın ən böyük donanma idarə xidməti təminatçısı olan Fleet Services Şirkətlər Qrupunun bir hissəsi oldu. Fleet Services və Mobiliz məlumat analitikası xidmətlərinin və IoT tətbiqlərinin gələcək inkişafı vizyonuna uyğun olaraq IoT platformasını həyata keçirib.

about_picture

Şirkətimizin məqsədi ən müasir və yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməklə, sifarişçilərimizə yüksək xidmət göstərməkdən ibarətdir. Loyallıq, dürüstlük, peşəkarlıq və çalışqanlıq prinsiplərinə dayanaraq partnyorlarımız və sifarişçilərimizlə mütəmadi olaraq əməkdaşlıq etməklə öz məqsədimizə nail olmağa çalışırıq.

Sistem avtomobillərə qoşulan cihazlar sayəsində GPS peyklərindən alınan ərazi məlumatlarını, avtomobil üzərindən toplanan fərqli sensor və bənzəri məlumatlar ilə birlikdə GSM/GPRS üzərindən mərkəzə çatdırması və istifadəçilərə internet üzərindən təqdim edilməsi üzrə fəaliyyət göstərir.

whatsApp