Blog Background

Bloq

b46542bc-c701-4184-8397-49c1ab6a32da-gps.jpg
  • Instagram
  • Facebook
  • LinkedIn

GPS nədir?

IconDate
January 8, 2023

Texnologiyanın inkişaf etməsi ilə insanların həyatını asanlaşdıran bir çox yeniliklər edilmişdir. GPS sisteminin yaranması da bu yeniliklərdən biridir. GPS ingilis dilində "Global Positioning System" sözlərinin qısaltmasıdır və mənası “Qlobal yerləşdirmə sistemi” - dir. ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanmış GPS sistemi əvvəlcə hərbi məqsədlər üçün istehsal edilmişdir. Sistemin uğur qazanması ilə GPS 1980-ci illərdən bu yana mülki istifadəyə verilmişdir.

 

 GPS nə üçün istifadə olunur? 

 

GPS sistemi peyklərdən istifadə edərək yer üzərində olan hər hansı bir obyektin yerini müəyyən etməyə kömək edir. Məkanın müəyyən edilməsini müvəffəqiyyətlə yerinə yetirən system insanların işlərini olduqca asanlaşdırır və gündəlik həyatda mühüm yer tutur. Avtomobil izləmə sistemləri hazırda smartfonlar ilə əlaqələndirilərək rahatlıqla istifadə olunur. 

GPS müntəzəm olaraq kodlaşdırılmış məlumatı göndərir və bu yolla o, axtarılan bir yeri asanlıqla aşkar edə bilir. GPS innovativ texnologiyanın bir çox funksiyalarını özündə birləşdirir. Ağıllı cihazlarda və nəqliyyat vasitələrində istifadə edilərək insanların həyatını asanlaşdırır. Xüsusilə heç vaxt getmədiyiniz yerə gedərkən itmək riskini azaldır.

 

GPS Texnologiyasının Məqsədi və İstifadəsi: 

GPS texnologiyasından istifadə məqsədini təxminən beş başlıq altında toplaya bilərik. Bunlar aşağıdakılardır:

Məkan müəyyən edilməsi: GPS-in köməyi ilə obyektin dəqiq yerini tapa bilərik. Naviqasiya: GPS-in köməyi ilə A nöqtəsindən B nöqtəsinə rahatlıqla gedə bilərik. GPS texnologiyası həm də nəqliyyatın idarə edilməsi üçün faydalıdır.

İzləmə imkanı: GPS sisteminin köməyi ilə biz sürət, məsafə, məkan kimi obyektlərin hərəkətlərini izləyə bilərik. Hətta, sistem vasitəsiylə nəqliyyat vasitənizin yanacaq sərfiyyatınada nəzarət imkanınız var. 

Xəritə çəkmə: GPS həmçinin xəritələrin yaradılmasına kömək edir.

Zamanlama: GPS obyektin sürət və hərəkətinə əsaslanaraq təyinat yerinə çatmaq üçün təxmin edilən vaxtı təyin edə bilir. GPS texnologiyası nəqliyyat vasitələrini və insanları izləmək üçün çox faydalıdır. GPS izləmə əsasən polis, təcili yardım, yanğınsöndürmə xidməti və toplu çatdırılma işçisi tərəfindən istifadə olunur. 

 

Android və IOS sistemi üçün GPS İzləmə Proqramları necə işləyir? 

 

GPS izləmə Android və IOS proqramları ilə nəqliyyat vasitənizi izləmək çox asan başa gəlir. Adətən, həmin sistemlərin proqram təminatını Google Play Store və Apple store-dən öz telefon və ya planşetinizə yükləyə və istifadə edə bilərsiniz. 

 

Bu proqramlar nəqliyyat vasitənizin gün ərzində harada olduğunu müəyyən etmək üçün GPS peyk şəbəkəsindən istifadə edir. Proqram təminatı ay ərzində nəqliyyat vasitəsinin məlumatlarını özündə toplayır və baza formalaşdırır. GPS sistemi vasitəsiylə toplanılmış məlumatlar, hesabatlarla birlikdə ay sonunda proqram təminatında sizlərə müxtəlif tablo və qrafiklər vasitəsiylə göstərilir. 

 

whatsApp